среда, 9 ноября 2011 г.

ДИСПРА


Qohum funksiyalar: 
Sintaksis:
      ДИСПРА(значение1;значение2;...)
Nəticə: Dispersiyanı baş külliyyata görə hesablayır, bu zaman   
              arqumentlər mətn və məntiqi qiymətlər ala bilərlər.
Arqumentlər:
         Значение1, значение2,...; baş külliyyata uyğun 1-dən 255-ə qədər     
         arqumentlər. Hesablamalarda ədədi qiymətlərlə bərabər mətnlər və    
         ИСТИНА və ЛОЖЬ tipli məntiqi qiymətlər nəzərə alınırlar.
Qeydlər:
  •          ДИСПРА funksiyası nəzərdə tutur ki, arqumentlər bütün baş külliyyatı əhatə edirlər. Əgər arqumentlər yalnız baş külliyyatdan götürülmüş seçmədən qiymətlər alırlarsa, onda dipersiyanı hesablamaq üçün ДИСПА funksiyasından istifadə etmək lazımdır;
  •          ИСТИНА qiyməti 1 kimi, ЛОЖЬ qiyməti isə 0 kimi interpretasiya  olunur. Əgər mətn və məntiqi qiymətlər nəzərə alınmalı deyildirsə, onda ДИСПР funksiyasından istifadə olunmalıdır.
Riyazi-statistik interpretasiya: 
     ДИСПР funksiyasının təsvirinə bax.

Misal
Bir dəzgahda hazırlanmış detallardan 10 ədədi təsadüfi olaraq sınmağa davamlılığın yoxlanması üçün seçilmişdir. Həmin detallar üçün aşağıdakı sınma çəkiləri alınmışdır: 1345; 1301; 1368; 1322; 1310; 1370; 1318; 1350; 1303; 1299 (kq). ДИСПРА funksiyası vasitəsilə dispersiyanı hesablamalı.




Həlli

ДИСПА funksiyasından fərqli olaraq ДИСПРА funksiyası


düsturu ilə hesablanır. Burada n baş külliyyatın həcmidir.

1.    İlkin verilənlər cədvəlini tərtib edək:



A
B
C
D
E
F
G
H
I
J
1
1345
1301
1368
1322
1310
1370
1318
1350
1303
1299



2.  Nəticənin yazılacağı xananı seçək ($A$3)
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından ДИСПРА funksiyasını seçək. Bu zaman ДИСПРА funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:J1) mausla seçək.OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 678,84 qiyməti əmələ gələcəkdir.